Bakıdakı Dünya Kuboku yarımçıq dayandırıldı

Bakıdakı Dünya Kuboku yarımçıq dayandırıldı
Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı rəhbər tutularaq, idman gimnastikası üzrə Dünya Kuboku yarışlarının final mərhələləri ləğv olunub.
Fanat.Az xəbər verir ki, 14 və 15 mart tarixlərində keçirilməsi planlaşdırılan yarış baş tutmayacaq.
Azərbaycan Gimnastika Federasiyasının bu qərarı dünyada yayılmış koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi ilə bağlıdır.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər