Bakıdakı "Böyük Dəbilqə"nin vaxtı açıqlandı

Bakıdakı "Böyük Dəbilqə"nin vaxtı açıqlandı

Beynəlxalq Cüdo Federasiyası 2022-ci ildə keçiriləcək yarışların təqvimini açıqlayıb 

Fanat.Az xəbər verir ki, ilin ilk turnirinə Portuqaliya ev sahibliyi edəcək. Ölkənin Odivelaş şəhərində 28-30 yanvar tarixlərində Qran-Pri yarışı təşkil olunacaq.

Bakıdakı ənənəvi "Böyük Dəbilqə" turniri isə 4-6 noyabrda baş tutacaq.

Ümumilikdə təqvimdə 10 "Böyük Dəbilqə", 2 Qran Pri, 1 "Masters" yarışı yer alıb.

Avropa çempionatı 29 aprel - 1 mayda Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək. Dünya çempionatı isə avqustun 7-dən 14-dək Özbəkistanın paytaxtı Daşkənddə təşkil olunacaq.

Qeyd edək ki, Bakı "Böyük Dəbilqə"yə 2013-cü ildən ev sahibliyi edir. Əvvəlki iki ildə isə paytaxtımızda Qran-Pri yarışı keçirilib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər