Bakıdakı beynəlxalq turnirdə bütün yarımfinalçılar müəyyənləşib

Bakıdakı beynəlxalq turnirdə bütün yarımfinalçılar müəyyənləşib

Azərbaycan boksunun banisi Abbas Ağalarovun xatirəsinə həsr olunan gənclər arasında ənənəvi beynəlxalq turnirdə bütün yarımfinalçılar müəyyənləşib.

Fanat.Az xəbər verir ki, 1/4 final mərhələsinin son görüşlərinin ardından daha 5 çəkidə mübarizəni davam etdirən boksçular bilinib.

Azərbaycan millisinin 6 üzvü çıxışını qələbə ilə başa vurub. Yarımfinala vəsiqə qazanan idmançılar ən azı bürünc medalı təmin ediblər.

7 komandanın iştirakı ilə keçirilən yarışın dördüncü günündə yarımfinalın 26 görüşü olacaq. Turnirin qaliblərinin adlarına dekabrın 22-də aydınlıq gələcək.

1/4 final

57 kq Tağı Nəsibov (Azərbaycan) – Elbrus Kərimli (Azərbaycan) 5:0 Ruslan Ruşanov (Azərbaycan) – Janseri Koşerbayev (Qazaxıstan) – ikinci tam üstünlüklə qalib gəlib Məhəmmədəli Aşurəliyev (Azərbaycan) – Yazan Alqhamdi (Səudiyyə Ərəbistanı) 5:0 Adam Macidov (Rusiya) – Maqomedrasul İbrahimov (Rusiya) 0:5

63,5 kq Səid Yunusov (Özbəkistan) – Janqir Aldaberqenov (Qazaxıstan) 5:0 Mehrab Abbasov (Azərbaycan) – Muhammed Miniqbayev (Tacikistan) 3:1 Ruslan Qafurov (Tacikistan) – Saken Yermek (Qazaxıstan) 5:0 Renat Krepştul (“Röyal” klubu, Litva) – İbrahim Zeynalov (Azərbaycan) 3:2

67 kq Hüseyn Hacıyev (Azərbaycan) – Rustamjon Aşurov (Tacikistan) 4:1 Rövşən Abbasov (Azərbaycan) – Abbasqulu Şadlinski (Azərbaycan) – ikinci tam üstünlüklə qalib gəlib Dias Serikuli (Qazaxıstan) – Ayxan Zeynallı (Azərbaycan) 5:0 Torexan Sabirxan (Qazaxıstan) – Abdulla Çerqesov (Rusiya) 5:0

80 kq Şamil Saqidoldayev (Qazaxıstan) – İlfan Xəlilli (Azərbaycan) – birinci tam üstünlüklə qalib gəlib Hüseyn Hüseynli (Azərbaycan) – Cavohir Mexriddinov (Özbəkistan) 0:5 Feras Salem (Səudiyyə Ərəbistanı) – Şamil Nəcəfov (Azərbaycan) – ikinci tam üstünlüklə qalib gəlib Tunar Cəfərov (Azərbaycan) – Madiyar Behultanov (Qazaxıstan) – ikinci tam üstünlüklə qalib gəlib

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər