Bakıda "İmedi" telekanalının iki əməkdaşı həbs olunub

Bakıda "İmedi" telekanalının iki əməkdaşı həbs olunub
Ötən gecə keçirilmiş Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsindəki "Neftçi" - "Çixura" matçından sonra Gürcüstanın "İmedi" telekanalının iki əməkdaşı da həbs olunub. Fanat.az xəbər verir ki, reportyor Sandro Qoçaşvili və operator Georgi Çxelişvili bəyan edib ki, onların həbsinə səbəb iki komandanın azarkeşləri arasında düşən davanı lentə almaları olub.
Təhlükəsizlik xidmətinin işçiləri onlardan çəkdiklərini silməyi tələb edib. Mətbuat nümayəndələri yalnız bundan sonra azadlığa buraxılıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər