Bakıda qadın sürücü dünya çempionu olan polisi xəstəxanalıq etdi - FOTO

Bakıda qadın sürücü dünya çempionu olan polisi xəstəxanalıq etdi - FOTO
Azərbaycanda tanınmış polis zabiti xidmət zamanı ağır xəsarət alıb.
Fanat.Az xəbər verir ki, əməkdar idman ustası, kikboksinq üzrə 6 qat dünya, 12 qat Azərbaycan çempionu "Prins Baku" təxəllüsü ilə tanınan polis kapitanı Kamil Şərifov ağır xəsarətlə xəstəxanaya yerləşdirilib.
Suraxanı rayonu 31-ci Polis bölməsi əməkdaşı olan K.Şərifov Şərifov mayın 11-də karantin postunda olarkən polisin qanuni tələbinə tabe olmayan xanım sürücü tərəfindən vurulub. Karantin postunda "Audi" markalı maşını idarə edən qadını icazə sənədi olub-olmamasını yoxlamaq üçün saxlamaq istəyərkən sürücü qadın avtomobili ilə K.Şərifovun üstünə sürüb. Qaçmağa çalışarkən avtomobil Kamilin sol ayağının üstündən keçib.
Xəstəxanada müayinə zamanı məlum olub ki ayağında vətərlər qopub.
Bakıda qadın sürücü dünya çempionu olan polisi xəstəxanalıq etdi - FOTO
Hazırda prokurorluqda cinayət işi başlanılıb araşdırma aparılır.
Xatırladaq ki, K.Şərifov 2015 ci ildə də Qaradağ rayon Polis İdarəsinin 10-cu polis bölməsində növbə zamanı 5 nəfərlik cinayətkar qrupu zərərsizləşdirərkən 3 bıçaq yarası almışdı. (criminal.az)
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər