Avstriya yığmasının baş məşqçisi Ralf Ranqnik Azərbaycan millisi ilə sabah baş tutacaq AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində oyun ərəfəsində mətbuat konfransı keçirib. Fanat.Az xəbər verir ki, almaniyalı mütəxəssis qələbəyə kökləndiklərini bildirib: “İntensiv məşq edirik, matça hazırlaşırıq. Məqsədimiz qrupda birinci yeri tutmaqdır. Futbolçular iki gün əvvəl oyun keçirsələr də, komandada ab-hava yaxşıdır. Çətin təqvimimiz var. Lakin buna hazırıq. Rəqibimiz son vaxtlar yaxşı oyun nümayiş etdirən komandadır. Bakıdakı görüşdə qalib gələ və ya məğlub ola bilərik. Keyfiyyətli oyunçuları var. Biz Azərbaycanı zəif rəqib hesab etmirik. Bununla belə, qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik”. Oktyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Avstriya oyunu saat 20:00-da start götürəcək.
Bakıda məğlub ola bilərik” - Ranqnik
TREND
Azərbaycan futbolu
23:31
07.10.2026
"Qarabağ"ın gənc hücumçusuna Avropa nəhəngindən dəvət
Azərbaycan futbolu
16:43
08.10.2026
Ayxan Abbasov Rusiyanın elita klubunun əsas qapıçısı ilə maraqlanacaq - AÇIQLAMA
Azərbaycan futbolu
11:12
11.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
09:51
14.10.2026
Həftəiçi oyunlar bu kanallarda - AFİŞA
Oxşar xəbərlər
Dünya futbolu
21:25
14.10.2026
Avropa nəhəngləri Florian Virts üçün yarışa qoşulub
Dünya futbolu
20:43
14.10.2026
Baş məşqçi Barkola və Virtsə tam etibar edir
Dünya futbolu
20:10
14.10.2026
“Barselona” və “Real” Holand üçün hərəkətə keçdi
Dünya futbolu
19:36
14.10.2026
“Mançester Yunayted”ə yeni baş məşqçi namizədi