Rioda keçirilən Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Dirk van Tixelt xoşagəlməz hadisə ilə üzləşib.
MilliYol.Az xəbər verir ki, Kopakabana çimərliyində cüdoçunun önünü qarətçilər kəsib.
Soyğunçular idmançıya qarşı fiziki təzyiq göstərib, telefonunu və digər qiymətli əşyalarını əlindən alıblar. Ancaq van Tixelt qazandığı medalı qorumağı bacarıb. Döyülən cüdoçu daha sonra müalicə üçün xəstəxanaya müraciət edib.
Qeyd edək ki, Bakıda keçirilmiş Avropa Oyunlarında da bürünc medal qazanmış Dirk van Tixelt Rüsrəm Orucovla eyni çəki (73 kq) dərəcəsində çıxış edirdi.
Fanat.Az