“Lüksemburqa erkən qol vurmaqla işimizi asanlaşdırdıq. Belə komandalara 1 top vurandan sonra ardı gəlir. İndi Azərbaycana yaxşı əhval-ruhiyyədə yollanacağıq”. Fanat.az xəbər verir ki, bunu Rusiya millisinin futbolçusu Viktor Fayzulin deyib.
Orta xətt oyunçusu DÇ-2014-ün seçmə mərhələsinin son matçı – Azərbaycanla Bakıdakı görüş haqda danışıb: “Komandamızda eyforiya yoxdu. Hami anlayır ki, məqsədə çatmaq üçün önəmli addımlar atmalıyıq. Ona görə də Bakıdakı oyuna köklənmə yüksək səviyyədə olacaq. Motivasiya ən vacib şərtdi. Düzdü, Azərbaycan da Şimali İrlandiyanı məğlub etdikdən sonra yaxşı əhval-ruhiyyədədir. Əminəm ki, Bakıdakı qarşılaşma Lüksemburqdakından daha çətin olacaq”.
Qeyd edək ki, bir gün öncə Lüksemburqa 4:0 hesabı ilə qalib gələn Rusiya Azərbaycanla oktyabrın 15-də “Bakcell Arena”da üz-üzə gələcək.
Fanat.az