Bakıda ispanlar çempion oldu, millimiz sonuncu yeri tutdu

Bakıda ispanlar çempion oldu, millimiz sonuncu yeri tutdu

"Jumeirah Bilgah Beach" otelinin çimərlik futbolu meydançasında təşkil olunmuş çimərlik futbolu üzrə Avropa Kuboku - Bakı 2014 (Europen Beach Soccer Cup - Baku 2014) turniri başa çatıb. Fanat.az xəbər verir ki, bu gün son 3 oyun keçirilib.

5-ci yer uğrunda oyunda Macarıstanla qarşılaşan millimiz penalti seriyasında uduzub. Matçın əsas vaxtı 3:3 hesabı ilə başa çatıb. Komandamızın heyətində Sabir Allahquliyev dubl edib, Comərd Baxşəliyev bir qol vurub. Penalti seriyasında isə macarlar 2:1 hesablı qələbə qazanıb (ümumi hesab 5:4).

3-cü yer uğrunda oyunda Rusiya və Yunanıstan qarşılaşıb. Oyun rusların 7:4 hesablı qələbəsi ilə yekunlaşıb.

Final matçında isə İspaniya və İsveçrə milliləri üz-üzə gəlib. 14 qolun vurulduğu oyunda ispanlar 8:6 hesablı qələbə qazanıb və Bakıda çempion olub.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər