Türkiyənin "Fənərbaxça" klubunun anlaşdığı ukraynalı futbolçu Roman Noyştedterin İstanbuldakı terror aktından təxminən 1 saat öncə gəldiyi aşkara çıxıb.
Fanat.az istinadən xəbər verir ki, Rusiya millisinin 28 yaşlı dayaq yarımmüdafiəçisi "Fənərbaxça" rəhbərliyi ilə görüşmək üçün Türkiyəyə gəlibmiş. Əgər o, 1 saat gec gələrdisə, terror qurbanlarından birinə çevrilə bilərmiş.
Qeyd edək ki, Almaniyanın "Şalke" klubu ilə müqaviləsi bitən Roman Noyştadterə Vladimir Putinin tələbi ilə mayın 30-da Bonndakı Rusiya konsulluğunda bu ölkənin pasportu verilib. Onun özü isə Ukraynanın Dnepropetrovsk şəhərində - atası Peter 1988-ci ildə "Dnepr" klubunda oynayarkən doğulub.
Ümumiyyətlə, Romanın atası Peter bizə də tanışdır. O əvvəllər Bakının "İnter", daha sonra isə "Rəvan" klubunda AFFA-nın xətti ilə idman direktoru vəzifəsində çalışıb. Peter Noyştadterin atası II Dünya Müharibəsi zamanı Stalin tərəfindən Mərkəzi Asiyaya sürgün edilmiş Volqa almanı, anası isə Zaporojye ukraynalısıdır. Onun özü Qırğızıstanda doğulsa da, Qazaxıstan millisində 3 oyuna çıxıb.
Fanat.az