"Vətən" futbol məktəbində baş verən yanğın söndürülüb.
Fanat.Az xəbər verir ki, məlumatı Fövqəladə Hallar Nazirliyi yayıb.
***10.10
Bakıda "Vətən" Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Futbol Məktəbində yanğın başlayıb.
Fanat.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhərinin Binəqədi rayonunda futbol məktəbində yanğın baş verməsi barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub. İlkin məlumata görə, məktəbin idman zalının dam örtüyü yanır. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.
***09.30
Binəqədi rayonu 7-ci mikrorayon ərazisində Vətən İdman Kompleksində dəhşətli yanğın baş verib.
Fanat.Az xəbər verir ki,bu barədə hərbi ekspert Üzeir Cəfərov məlumat yayıb.
O əlavə edib ki, bu dəqiqədə Bakının bütün yanğınsöndürənləri tökülüşüblər, yanğının qarşısını ala bilmirlər. "Peşəkarlıq olmayanda, xırda bir yanğın çevrilib olur dəhşətli bir mənzərə.. Allah özü kömək olsun hamımıza..".
Fanat.Az