Bakıda idman jurnalisti bıçaqlandı

Bakıda idman jurnalisti bıçaqlandı
2 iyul Beynəlxalq İdman Jurnalistləri günündə Bakıda tanınmış idman jurnalisti Kamal Rza bıçaq yarası alıb. Lent.az-ın məlumatına görə, bu barədə həmkarımızın özü “Facebook” səhifəsində yazıb.
 
O, 18 saylı avtobusda sürücü tərəfindən bıçaqlandığını bildirib: “Avtobusda sürücünün bir sərnişinlə mübahisəsi dava həddinə çatdı və o, bıçaq çıxardı. Qolumu bıçağın qabağına verdim. Nəticədə yaralandım”.
Həmkarımız Lent.az-a açıqlamasında isə bıçağın dirsəyinə xəsarət yetirdiyini bildirib. O, hazırda vəziyyətinin normal olduğunu əlavə edib.
 
Qeyd edək ki, 18 saylı marşrut avtobusu “Pasaj bazarı”- 9-cu mikrorayon marşrutu ilə hərəkət edir.
İdman24.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər