Bakıda faciə: 3 futbolçu öldü - FOTO

Bakıda faciə: 3 futbolçu öldü - FOTO
Bakıda mənzildə 5 nəfərin meyiti aşkarlanıb. Yasamal rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Şamil Əzizbəyov küçəsi, ev 47 ünvanında baş verib.
 
Orada kirayədə yaşayan, Kamerun Respublikasının vətəndaşları - Njonyoh Nans Ekum, Nzemele Ezzambe Linus, Nikbenti Nombiye Leves, Senan Nike və Taken Pau Ata dəm qazından boğularaq ölüb. 
 
Polisdən həmçinin bildirilib ki, hadisə zamanı ölən iki nəfər - Njonyoh Nans Ekum və Nzemele Ezzambe Linus tələbə, Nikbenti Nombiye Leves, Senan Nike və Taken Pau Ata isə futbolçudu.
 
Əcnəbi tələbələr Texniki Universitetdə oxuyurmuş. Faktla bağlı Yasamal rayon Prokurorluğu tərəfindən istintaq araşdırması davam etdirilir. 
Meyitləri tapılan əcnəbi futbolçuların çıxış etdiyi klub müəyyən edilib. “Apasport”un xəbərinə görə, kamerunlu Pau Taken, Nikbenti Nombiye Leves və Nzemele Ezzambe Linusme həvəskarlar arasında Bakı kənd və qəsəbələrinin çempionatında çıxış edən “Sabunçuspor” klubuna çıxış ediblər. Senan Nike əvvəllər “Sabunçuspor”un üzvü olsa da, sonradan klubdan kənarlaşdırılıb.
Bakıda faciə: 3 futbolçu öldü - FOTO
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər