Bakıda Dünya Kuboku start götürür

Bakıda Dünya Kuboku start götürür

Bu gün Bakı İdman Sarayında yunan-Roma güləşi üzrə Dünya Kubokuna start veriləcək.

Fanat.Az xəbər verir ki, ilk yarış günündə qrup  qalibləri müəyyənləşəcək.

Əvvəlcə A qrupunda Türkiyə və İran kollektivləri üz-üzə gələcəklər. Görüş saat 10:00-da start götürəcək.

16:00-da turnirin açılış mərasimi baş tutacaq.

Saat 17:00-dan A qrupunun İran Qırğızıstan, Qırğızıstan - Türkiyə və B qrupunun Azərbaycan - Dünya yığması görüşləri keçiriləcək.

Qrup qalibləri finala vəsiqə qazanacsq. Qrup ikinciləri isə üçüncü yer uğrunda üz-üzə gələcək.

B qrupunda mübarizə aparmalı olan Serbiya kollektivi koronavirusa kütləvi yoluxma səbəbindən Dünya Kubokunda iştirak etməyəcək.

Qeyd edək ki, yarışa noyabrın 6-da yekun vurulacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər