“Bakıda bizi çətin oyunun gözləyir” - “Molde”nin futbolçusu

“Bakıda bizi çətin oyunun gözləyir” - “Molde”nin futbolçusu

Norveçin “Molde” klubunun yarımmüdafiəçisi Emil Breyvik “Qarabağ”a qarşı keçirəcəkləri Avropa Liqasının qrup mərhələsinin ilk oyunu ilə bağlı fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, o, bu gün Bakıda təşkil edilən mətbuat konfransında bunları söyləyib:

“Səfərimiz yaxşı keçdi, birbaşa reys idi. Yorğunluq hiss etmirik. Amma Bakıda bizi çətin oyunun gözləyir. “Qarabağ”ın heyətində 2020-ci ildən xatırladığım futbolçu Kevin Medinadır. “Qarabağ”ın heyətində Marko Yankoviçi xüsusi fərqləndirərdim. O, çox təhlükəli futbolçudur”.

Sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Molde” oyunu saat 20:45-də başlayacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər