Bakıda beynəlxalq üzgüçülük yarışı başlayır

Bakıda beynəlxalq üzgüçülük yarışı başlayır

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş bədii üzgüçülük üzrə "II Aqua Stars Open" beynəlxalq turniri start götürəcək.

Fanat.Az xəbər verir ki, medallar uğrunda 5 ölkənin - Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Qazaxıstan, Özbəkistan və Azərbaycanın 12 klubundan 150-yə yaxın idmançısı mübarizə aparacaq.

İki gün davam edəcək yarışın sonunda qaliblərə medallar, diplomlar və xatirə hədiyyələri veriləcək.

Turnir bu gün saat 15:15-də Bakı Su İdman Sarayında başlayacaq. Açılış mərasiminə İordaniyanın Azərbaycandakı səfiri Sami Asem Ğoşeh, Azərbaycan Üzgüçülük Federasiyasının rəhbərliyi, Gənclər və İdman Nazirliyinin nümayəndələri, idman ictimaiyyəti iştirak edəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər