Bakıda 5 ildən sonra yenidən ÇL-in himni səslənəcək

Bakıda 5 ildən sonra yenidən ÇL-in himni səslənəcək

"Qarabağ" UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində cavab oyununda Macarıstanda "Ferentsvaroş"u 3:1 hesabı ilə məğlub edərək turnirin pley-off mərhələsinə vəsiqə qazanıb.

Beləliklə, beş ildən sonra Bakıda yenidən UEFA Çempionlar Liqasının himni səslənəcək.

Fanat.Az xəbər verir ki, Çempionlar Liqasının himni turnirin pley-off mərhələsindən etibarən səsləndirilməyə başlayır.

Ağdam təmsilçisi son olaraq 2017/2018 mövsümündə Çempionlar Liqasının pley-off mərhələsində iki oyunun nəticəsinə əsasən Danimarka "Kopenhagen"indən güclü olub - 1:0;1:2. Qurban Qurbanovun baş məşqçi olduğu komanda həmin mövsüm turnirin qrup mərhələsində mübarizə aparıb.

Qeyd edək ki, "Qarabağ" pley-offda Çexiyanın "Viktoriya" (Plzen) klubu ilə üz-üzə gələcək. Bu raundun ilk matçları 16-17 avqustda, cavab görüşləri 23-24 avqustda olacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər