Bakı üçün 19 rəqib

Bakı üçün 19 rəqib
2020-ci il Avropa çempionatının oyunlarını təşkil etmək üçün 20 şəhər namizədliyini irəli sürüb. Fanat.az xəbər verir ki, milli federasiyaların ərizələrini təqdim etmə müddəti sentyabrın 12-də rəsmən başa çatır.
 
Namizədlər arasında Bakıdan əlavə, Sankt-Peterburq (Rusiya), Kiyev, Donetsk (hər ikisi Ukrayna), Minsk (Belarus), İstanbul (Tükiyə), London (İngiltərə), Bilbao (İspaniya), Lion (Fransa), Amsterdam (Hollandiya), Bazel (İsveçrə), Brüssel (Belçika), Praqa (Çexiya), Budapeşt (Macarıstan), Belqrad (Serbiya), Sofiya (Bolqarıstan), Qlazqo (Şotlandiya), Kardiff (Uels), Dublin (İrlandiya), habelə Lissabon və ya Portu (Portuqaliya) da var.
Çempionat isə 13 şəhərdə keçiriləcək. Şəhərlərdən birində iki yarımfinal və final matçları təşkil olunacaq. Qalan stadionlar isə qrup, 1/8 final və 1/4 final matçlarını qəbul edəcək.
 
Qeyd edək ki, UEFA Avropa çempionatının oyunlarının hansı şəhərlərdə keçiriləcəyini 2014-cü ilin sentyabrında təsdiqləyəcək.
lent.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər