Bakı təmsilçisindən ayrıldı, Rumıniya klubuna keçdi - RƏSMİ

Bakı təmsilçisindən ayrıldı, Rumıniya klubuna keçdi - RƏSMİ

Qış fasiləsində "Səbail"dən ayrılan Adrian Popoviçinin yeni komandasının adına rəsmən aydınlıq gəlib. Fanat.Az xəbər verir ki, 30 yaşlı forvard sabiq komandası "Poli” ilə münasibətləri rəsmiləşdirib.

 

Bir müddətdi Timişoara klubunun düşərgəsində olan Popoviçi, nəhayət ki, Rumıniya təmsilçisi ilə rəsmi müqaviləyə qol çəkib. Beləliklə o, 2007-2012 və 2013-2017-ci illərdə şərəfini qoruduğu "Poli"də 3-cü dəfə çıxış etmək imkanı qazanıb.

 

Qeyd edək ki, 2017-18 mövsümünün ilk yarısını ölkəmizdə keçirən Adrian Popoviçi "Səbail”in heyətində 9 Premyer Liqa matçında meydana çıxıb, 1 qola imza atıb.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər