Rusiya Futbol İttifaqı Fabio Kapello ilə bağlı qərar verib. Fanat.az xəbər verir ki, şimal qonşularımız italyan mütəxəssislə əməkdaşlığı davam etdirməkdə maraqlıdı.
Məlumata görə, RFİ artıq Kapello ilə danışıqlara başlayıb. Bu barədə qurumun rəhbəri Nikolay Tolstoy məlumat verib. Prezident bildirib ki, DÇ-2014-ün seçmə mərhələsində komandanı F qrupunun qalibi edən mütəxəssislə danışıqlar aparırlar.
Qeyd edək ki, Rusiya millimizlə eyni qrupda mübarizə aparıb. Kapellonun başçılıq etdiyi komnada Moskvadakı ilk oyunda yığmamıza 1:0 hesabı ilə qalib gəlmişd. Dünün Bakıda baş tutan matç isə heç-heçə bitib - 1:1.
Fanat.az