"Formula-1"-in Bakı Qran-Prisi Avropa Qran-Prisi statusu alacaq. Fanat.az xəbər verir ki, bu qərar Gənclər və İdman Naziri Azad Rəhimovla və "Formula"nın rəhbəri Berni Ekklstounun görüşündə verilib.
Rəhimov rəsmi anlaşmanın baş tutduğundan məmnum olduğunu bildirib: "Sevindiricidi ki, Qran-Pri-2016-nın keçirilməsi ilə bağlı müqaviləyə imza atmağımızı rəsmən bəyan edə bilirəm. Biz Şərqi Avropa ilə Qərbi Asiya arasında - "Formula-1"-in yeni ünvanında yerləşirik. Azərbaycan özünü idman mərkəzi kimi sübut etmiş müasir Avropa ölkəsidi".
Fanat.az