"İnter"də gözlənilmədən maliyyə problemi yarandı. Onlar mənə 3-4 ayın pulunu verməlidilər". Fanat.az xəbər verir ki, bu sözləri "İnter"in serbiyalı müdafiəçisi Voyislav Stankoviç deyib.
Futbolçu Serbiya mətbuatına açıqlamasında bildirib ki, "İnter"lə müqaviəsini pozacaq: "Artıq birtərəfli qaydada müqaviləyə xitam vermək hüququm var".
Stankoviç "Partizan"a qayıtmaq istədyini deyib.
Fanat.az