Kolumbiyadakı təyyarə qəzasında şəlak olan Bakı "İnter"inin sabiq üzvü Filipe Maçado dəfn olunub. Fanat.Az Braziliya mediasına istinadən xəbər verir ki, “Şapokoense”nin 32 yaşlı futbolçusunun cənazəsi dəfndən öncə “Qremio Arena”ya aparılıb.
Maçadonun dostları mərasimə onun doğum tarixini (1984) göstərən 84 nömrəli forma ilə qatılıb. Stadiona toplaşan yüzlərlə azarkeş mərhum futbolçu ilə vidalaşıb.
Mərasimdə iştirak edən Filipenin həyat yoldaşı Alina Maçado ağlını itirmək üzrə olduğunu bildirib: "Həyatımız zülmətə qərq oldu. Ağlımızı itirmək üzrəyik".
Maçadonun bacısı Prisçilla Maçado isə bədbəxt hadisənin baş verdiyinə hələ də inanmadıqlarını bildirib: “Çox ağır durumdu. Qardaşım yaxşı insan idi. Karyerasının ən gözəl vaxtını yaşayırdı. Heç kim ağlına belə gətirməzdi ki, gənc yaşlarında dünyasını dəyişəcək”.
Qeyd edək ki, Filipe Maçado 2010-2011 mövsümündə “İnter”in formasını geyinib
Fanat.Az