Bakı "İnter"indən ayrılan Marino Puşiçin yeni iş yeri müəyyənləşib. Fanat.az хəbər verir ki, bosniyalı mütəхəssis "Tvente"də çalışacaq.
Bu barədə Hollandiya klubunun rəsmi saytı məlumat yayıb. O, baş məşqçi Rene Hekanın köməkçisi təyin edilib.
Qeyd edək ki, Pusiç "İnter"ə bu ilin əvvəlində gəlmişdi və növbəti baş məşqçi olması gözlənilirdi. Amma klubun üzləşdiyi maliyyə problemləri nəticəsində o da paytaxt klubu ilə yollarını ayırmaq məcburiyyətində qalmışdı.
Fanat.az