Bakı "İnter"inin futbolçusu öz baş məşqçisini söydü

Bakı "İnter"inin futbolçusu öz baş məşqçisini söydü

U-19 liqasında çıxış edən "İnter"nin futbolçusu Tural Osmanov öz komandasının baş məşqçisni təhqir edib. Fanat.Az xəbər verir ki, hadisə U-19 liqasının "Neftçi" ilə matçında baş verib.

Tural Osmanov qarşılaşmanın 15-ci dəqiqəsində öz komandasının baş məşqiçisini təhqir etdiyinə görə meydandan kənarlaşdırılıb. AFFA onun bu hərəkətini cəzasız qoymayıb. Qurumun İntizam Komitəsi futbolçunu 4 oyunluq cəzalandırıb.

U-19 liqasının AZAL - “Sumqayıt” matçının 33-cü sumqayıtlıların futbolçusu Vüsal Buludlu hakimi təhqir edib. Onun cəzası 3 oyun olub.

U-17 liqasının “Neftçi” - “Vətən” matçının 85-ci dəqiqəsində "Neftçi"nin futbolçusu Elton Əlibəyli, U-16 liqasının “Vətən” - “Kəpəz” matçının 62-ci dəqiqəsində “Vətən”in üzvü Qabil Əlizadə rəqibi təhqir edib. Hər iki futbolçuya 3 oyunluq cəza verilib.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər