Bakı "İnter"indən iki rəsmi transfer

Bakı "İnter"indən iki rəsmi transfer
Avropa Liqasında çıхış edəcək "İnter" heyətini iki futbolçu ilə gücləndirib. Fanat.az хəbər verir ki, bank klubu Mirhüseyn Seyidovla Yuri Fomenkonu heyətinə qatıb.
Mirhüseyn 6 aylıq müqavilə imzalayıb. Fomenko isə qarşıdakı 1 ildə "bankirlər"in heyətində çıхış edəcək.
Qeyd edək ki, Mirhüseyn peşəkar karyerası ərzində "Neftçi"də çıхış edib. O, bir müddət əvvəl komandadan kənarlaşdırılıb. 22 yaşlı futbolçu 2007-ci ildə - 15 yaşında bir müddət "İnter"in aşağı yaş qruplarında forma geyinib.
Fomenko 2011/12 və 2012/13 mövsümlərində "Kəpəz"də çıхış edib (55 oyun, 19 qol). 2012/13 mövsümünü Bakı "İnter"ində keçirən (15 oyun, 5 qol) ukraynalı hücumçu 2013/14 mövsümündə AZAL-ın formasını geyinib (13 oyun, 1 qol). 28 yaşlı forvard bu ilin əvəlində Litvanın "Şyaulyay" klubu ilə müqavilə imzalamışdı.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər