"İnter" Sezar Meza Kolli ilə əməkdaşlığı bərpa edib. Fanat.az klubun rəsmi saytına istinadən xəbər verir ki, hazırda Antalyada komanda ilə birlikdə məşq edən paraqvaylı futbolçu cari ilin iyun ayınadək "İnter"in uğurları üçün çalışacaq.
Qeyd edək ki, Meza Kolli 2013-2015-ci illərdə "İnter"də çıxış edib və meydana çıxdığı 30 oyunda 3 qol vurub. O, Bakı klubundan ayrıldıqdan sonra işsiz qalıb. Paraqvaylı futbolçu əvvəllər İtaliyanın "Cesena", "Pavia" və İspaniyanın "Alaveş" klublarında oynayıb.
Fanat.az