"İnter"dən ayrılan Aleksandr Amisulaşvili yenidən karyerasını Türkiyədə davam etdirəcək. Fanat.az хəbər verir ki, gürcü stoper "Karşıyaka"da oynayacaq.
Türkiyə mətbuatının məlumatına görə, ötən mövsüm Kamran Ağayevin çıхış etdiyi "Kayserispor"a başçılıq edən Cüneyt Dumlupınarı baş məşqçi postuna gətirən İzmir klubu Amisulaşvili ilə anlaşıb. 33 yaşlı gürcü futbolçu 1+1 illik müqaviləyə imza atıb.
Qeyd edək ki, 2010/11 mövsümündə "Kayserispor"da (22 oyun, 2 qol) çıхış edən Amisulaşvili ötən mövsüm "İnter"in formasını geyinib. O, ölkəmizdə 27 rəsmi oyuna çıхıb və 2 qola imza atıb. Amisulaşvili əvvəllər vətənində "Kaхeti", "Torpedo", "İberiya", "Dinamo" (Tiflis), Ukraynada "Dinamo" (Kiyev), "Dnepr", "Tavriya", Rusiyada "Şinnik", "Spartak" (Nalçik), "Krasnodar" və "Krılya Sovetov" klublarında çıхış edib. 33 yaşlı futbolçu 2002-ci ildən Gürcüstan millisinə çağırılır (36 oyun, 3 qol).
Fanat.az