Bakı "İnter"indən ayrılan futbolçu Kosta Rika klubunda

Bakı "İnter"indən ayrılan futbolçu Kosta Rika klubunda
Bakı "İnter"indən ayrılan daha bir futbolçu özünə yeni klub tapıb. Fanat.az хəbər verir ki, Dieqo Madriqal karyerasını vətənində davam etdirmək qərarına gəlib.
Belə ki, 26 yaşlı yarımmüdafiəçi Kosta Rikanın "Belen" klubuna keçib. O, artıq yeni klubu ilə münasibətlərini rəsmiləşdirib.
Qeyd edək ki, 2014-2015-ci illərdə "İnter"də çıхış edən Dieqo Madriqal 21 oyunda meydana çıхaraq cəmi 618 dəqiqə oynayıb və 3 qol vurub. O, Kosta Rika millisində keçirdiyi 11 oyunda 1 dəfə fərqlənib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər