Bakı "İnter"indən 8-ci transfer

Bakı "İnter"indən 8-ci transfer
Hələlik transfer bazarının ən fəal klubu olan "İnter" daha bir futbolçu ilə güclənib. Fanat.az xəbər verir ki, Bakı klubunun növbəti transferi "Rəvan"dan olub.
Belə ki, "İnter" Məmməd Quliyevlə anlaşıb. 20 yaşlı yarımmüdafiəçi ilə bir illik müqavilə imzalanıb. Məmməd başa çatan mövsümdə "Rəvan"ın heyətində 26 rəsmi oyuna çıxıb və 1 qol vurub.
Qeyd edək ki, "İnter" bundan əvvəl Ağabala Ramazanov, Slavik Alxasov, Pərdis Fərcad-Azad, Səlahət Ağayev, Samir Zərgərov, Tərlan Quliyev və Manuel Skarlatakeni transfer edib, Kamran Ağayev, Elşən Poladov, Laşa Kasradze, Laşa Salukvadze, Yuri Fomenko və Vüqar Nadirovla yollarını ayırıb.
"Bankirlər" həmçinin 10 futbolçunun müqavilə müddətini uzadıb: İlkin Qırtımov, Denis Silva, Abbas Hüseynov, Elnur Abdullayev, Rauf Əliyev, Şahin Zəkiyev, Sərtan Taşkın, Aqşin Quluzadə, Mirhüseyn Seyidov, Nizami Hacıyev.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər