Bakı "İnter"ində yeni təyinat reallaşıb. Aut.az-ın əldə etdiyi məlumata görə, Zaur İsmayılov bundan sonra komandanın aşağı yaş qrupları üzrə komandalarına nəzarət edəcək.
Belə ki, veteran futbolçu "İnter" PİK-in aşağı yaş qrupları üzrə komandalarına texniki və taktiki məsələlər üzrə məşqçi təyin olunub.
Qeyd edək ki, uzun müddətdi "İnter"də çalışan Zaur İsmayılov aşağı yaş qrupları üzrə komandalarla yanaşı, əvəzedici heyətin də baş məşqçisi olub.