Bakı "İnter"ində yeni əcnəbi məşqçi

Bakı "İnter"ində yeni əcnəbi məşqçi

Məlum olduğu kimi, Kaxaber Tsxadadze mövsümün sonunadək “İnter”i və Gürcüstan millisini çalışdıracaq. Fanat.az xəbər verir ki, Buna görə də, texniki heyət Marino Puşiçin simasında əlavə köməkçi məşqçilə gücləndiriləcək.

 

Marino Puşiç 1971-ci il avqustun 18-də Bosniya və Hersoqovinanın Mostar şəhərində anadan olub. Peşəkar futbolçu kimi o, "Srvena Zvezda" (Belqrad), "Velez" (Mostar, Bosniya və Hersoqovina), "Köln"(Almaniya), "De Qraafşkap"(Hollandiya), "Qo Ahead Eagles" (Hollandiya) klublarında çıxış edib, Bosniya və Hersoqovina yığmasında 2 oyun keçirib. Marino Puşiç 2009-2013-cü illərdə "Vitesse Arnhem"(Hollandiya) klubunun 19 yaşlılardan ibarət komandasını çalışdırıb, 2013-cü ildə isə UEFA Pro lisenziyasını alıb. 2013-cü ilin iyulun 1-dən 2014-cü ilin oktaybr ayınadək "NAC Breda" (Hollandiya) klubunda köməkçi məqçi kimi çalışıb.

 

"İnter"in idman direktoru Roland Vroomans Marino Puşiç haqqında klubun rəsmi saytına bunları deyib: "Biz onu  mövsümün sonunadək texniki heyəti gücləndirmək üçün yaxşı namizəd hesab edirik. Bununla da biz diqqətimizi əsas komandanın oyunçularına və nəticəyə yönəldərik. Eyni zamanda biz komandanın yeni texniki heyətini gələcək bir neçə il ərzində formalaşdıra bilərik".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər