Bakı "İnter"ində 5 müqavilə

Bakı "İnter"ində 5 müqavilə

Topaz Premyer Liqasının 2015/16 mövsümünü 4-cü pillədə başa vuran Bakının “İnter” klubu istirahətə buraxılıb. Fanat.az xəbər verir ki, “bankirlər” iyunun 18-də “İnter Arena”da toplaşaraq yeni mövsümün hazırlıqlarına start verəcəklər.

 

Klub rəhbərliyi artıq heyəti komplektləşdirmək yönündə də addımlar atmağa başlayıb. Belə ki, müqavilə müddətləri başa çatmış bəzi futbolçularla yeni razılaşmalar əldə olunub.

 

Paytaxt klubu belə oyunçulardan Şahin Zəkiyevlə (3 il), Sərtan Taşkınla (2 il), Aqşin Quluzadə ilə (3 il), Mirhüseyn Seyidovla (2 il) və kapitan Nizami Hacıyevlə (1 il) müqavilələləri yeniləyib.

 

Anlaşmaları sona çatmış digər futbolçularla da danışıqlar gedir.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər