Bakı "İnter"ində 23-cü futbolçu

Bakı "İnter"ində 23-cü futbolçu

Bakı "İnter"i Avropa Liqasının "Laçi" ilə oyunu üçün daha bir futbolçunun adını siariş ərizəsinə salıb. Fanat.az хəbər verir ki, "bankirlər" yeni transfer Zurab Xizanişvilini sifxariş edib.

"İnter" bundan əvvəl 21 futbolçu sifariş etmişdi və Zurabın transferi rəsmiləşmədiyindən adı siyahıya salınmamışdı. Mövcud qaydalara əsasən oyuna 24 saat qalmışadək daha bir oyunçunun adını UEFA-ya təqdim etmək mümkün idi ki, "bankirlər" bu şansdan yararlanıb.

Qeyd edək ki, son olaraq Gürcüstanın "Samtredia" klubunda oynamış 33 yaşlı müdafiəçi bundan əvvəl vətənində "Dinamo" (Tiflis), "Norçi", "Lokomotiv" (Tiflis), Şotlandiyada "Dandi Yunayted", "Reyncers", "Blekbern", "Nyukasl", "Ridinq" və Türkiyədə "Kayserispor" klublarının formasını geyinib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər