"İnter"in əvəzedici komandasında məşq edən futbolçulara müqavilə təklif edilib. Fanat.Az xəbər verir ki, dünən məlum transfer qadağasına rəğmən, bəzi futbolçulara klubun ofisinə müqavilə üçün zəruri sənədlərlə gəlmələri tapşırılıb.
Ramiz Məmmədov əvəzedici komandada qondarma koordinator postuna təyin ediləndən sonra "dubl"a götürülən həmin futbolçularla anlaşmanın detalları, alacaqları məvacib əvvəldən danışılıb. Rəsmi görüşlərə çıxmayan oyunçuların özlərinə yanvardan maaş alacaqları, hətta əsas komandaya götürüləcəkləri deyilib.
Ali futbol qurumunun transfer yasağı ilə üz-üzə qoyduğu Bakı təmsilçisinin yeniləri hansı müqaviləyə səslədiyi maraq doğurur.
Fanat.Az