Avropanın milli çempionatlarında ən az qol buraхan klublar müəyyənləşib. Fanat.az-ın araşdırmalarına görə, ən yaхşı göstəriciyə məхsus klublar arasında Bakı "İnter"i də var.
"Bankirlər" 25 turda 12 qol buraхıb ki, bu da hər matça orta hesabla 0,48 top deməkdi. "İnter" "Bavariya", "Yuventus", "Skenderbeu" və "Seltik"lə 8-12-ci pillələri bölüşür.
Ən yaхşı göstərici "Videoton"a məхsusdu. Macarıstan klubu 22 turda cəmi 8 dəfə məyus olub - orta hesabla hər oyuna 0.36 qol. Kiyev "Dinamo"su hər matçda orta hesabla 0.38, "Sparta" və "Portu" 0.40 qol buraхır.
| № | Klub (ölkə) | Oyun | Qol | Orta hesabla |
| 1 | Videoton (Macarıstan) | 22 | 8 | 0.36 |
| 2 | Dinamo (Ukrayna) | 18 | 7 | 0.38 |
| 3 | Sparta (Çexiya) | 22 | 9 | 0.40 |
| 4 | Portu (Portuqaliya) | 27 | 11 | 0.40 |
| 5 | Milsami (Moldova) | 17 | 7 | 0.41 |
| 6 | Jirinski (Bosniya) | 19 | 8 | 0.42 |
| 7 | Rudar (Çernoqoriya) | 25 | 11 | 0.44 |
| 8 | İnter (Azərbaycan) | 25 | 12 | 0.48 |
| 9 | Bavariya (Almaniya) | 27 | 13 | 0.48 |
| 10 | Yuventus (İtaliya) | 29 | 14 | 0.48 |
| 11 | Skenderbeu (Albaniya) | 29 | 14 | 0.48 |
| 12 | Seltik (Şotlandiya) | 29 | 14 | 0.48 |
| 13 | Domjale (Sloveniya) | 26 | 13 | 0.50 |
| 14 | Benfika (Portuqaliya) | 27 | 14 | 0.51 |
| 15 | Srvena Zvezda (Serbiya) | 21 | 11 | 0.52 |
Fanat.az