Bakı "İnter"i "Barselona" və "Bavariya"dan öndə

Bakı "İnter"i "Barselona" və "Bavariya"dan öndə
Türkiyə mətbuatı Avropada milli çempionatların liderləri ilə bağlı araşdırma aparıb. Fanat.az xəbər verir ki, həmkarlarımız turnir cədvəlinə başçılıq edən komandaların hər oyunda vurduğu qolları araşdırıb.
53 komandanın yer aldığı siyahıya Cəbəllütariqin "Kollec" klubu başçılıq edir. "Cırtdan ölkə" təmsilçisi hər oyunda orta hesabla 3,33 qol vurur. Onları Serbiyanın "Partizan" klubu izləyir. "Neftçi"ni Avropa Liqasının pley-off mərhələsində mübarizədən kənarlaşdıran Belqrad təmsilçisinin qol ortalaması 3,29-a bərabərdi. İlk "üçlüy"ü Uelsin TNS klubu qapayır - 3,22.
Bakı "İnter"i siyahının 8-ci pilləsində qərarlaşıb. Topaz Premyer Liqasının qalibi 7 oyunda 20 dəfə fərqlənib. Bu isə hər matçda orta hesabla 2,86 qolun vurulması deməkdi. "İnter" "Barselona", "Bavariya", "Yuventus", "Olimpik" (Marsel) kimi klubları qabaqlayır.
"Qarabağ"ın Avropa Liqasındakı rəqibi "Dnepr" hər oyunda orta hesabla 2,5 qol vurur. Ukrayna çempionatının lideri siyahının 15-ci pilləsini tutur.
Siyahının son pillələrində Türkiyənin "Beşiktaş" və Albaniyanın "Kukesi" klubları qarşılaşıb. "Beşiktaş" 5 oyunda 5, "Kukesi" 7 oyunda 7 qol vurub.
 
1. Kollec (Cəbəllütariq) - 3,33
2. Partizan (Serbiya) - 3,29
3. TNS (Uels) - 3,22
4. Hibernians (Malta) - 3,14
5. Çelsi (İngiltərə) - 3,00
6. Levadiya (Estoniya) - 2,90
7. Zenit (Rusiya) - 2,89
8. İNTER (AZƏRBAYCAN) - 2,86
9. PSV (Hollandiya) - 2,75
10. Barselona (İspaniya) - 2,71
11. Benfika (Portuqaliya) - 2,71
12. Videoton (Macarıstan) - 2,70
13. PAOK (Yunanıstan) - 2,60
14. Olimpik (Marsel, Fransa) - 2,56
15. Dnepr (Ukrayna) - 2,50
16. Sutyeska (Çernoqoriya) - 2,50
17. Jalgiris (Litva) - 2,50
18. Dinamo (Xorvatiya) - 2,45
19. Dundalk (İrlandiya) - 2,33
20. Niederkorn (Lüksemburq) - 2,33
21. Krusaders (Şimali İrlandiya) - 2,33
22. Styaua (Rumıniya) - 2,30
23. Midilyand (Danimarka) - 2,30
24. Molde (Norveç) - 2,23
25. Viktoriya (Çexiya) - 2,20
26. ÇSKA (Bolqarıstan) - 2,18
27. Yuventus (İtaliya) - 2,17
28. Trentsin (Slovakiya) - 2,15
29. Bavariya (Almaniya) - 2,14
30. Volfsberqer (Avstriya) - 2,09
31. Malmö (İsveç) - 2,04
32. Yuvenes (San Marino) - 2,00
33. HİK (Finlandiya) - 1,96
34. Ventspils (Latviya) - 1,96
35. Torşvan (Farer adaları) - 1,96
36. Sürix (İsveçrə) - 1,91
37. Styarnan (İslandiya) - 1,90
38. Qornik (Polşa) - 1,82
39. Anderlext (Belçika) - 1,80
40. Vardar (Makedoniya) - 1,80
41. Hamilton (Şotlandiya) - 1,78
42. Veris (Moldova) - 1,77
43. Ulisses (Ermənistan) - 1,77
44. Dinamo (Tiflis, Gürcüstan) - 1,75
45. Şiroki Briyeq (Bosniya və Hersoqovina) - 1,70
46. Kiryat Şsona (İsrail) - 1,67
47. APOEL (Cənubi Kipr) - 1,66
48. Santa Koloma (Andorra) - 1,66
49. Aktobe (Qazaxıstan) - 1,54
50. Domjale (Sloveniya) - 1,33
51. BATE (Belarus) - 1,25
52. Kukesi (Albaniya) - 1,00
53. Beşiktaş (Türkiyə) - 1,00
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər