"İnter" heyətinə daha bir futbolçu qatır. Fanat.az xəbər verir ki, bank klubu Sezar Meza Kolli ilə müqavilə bağlayacaq.
Paraqvaylı futbolçu hazırda komandanın Antalyadakı toplanışında iştirak edir. Onunla yaxın günlərdə müqavilə imzalanacaq.
Qeyd edək ki, Meza Kolli 2013-2015-ci illərdə "İnter"də çıxış edib və meydana çıxdığı 30 oyunda 3 qol vurub. O, Bakı klubundan ayrıldıqdan sonra işsiz qalıb. Paraqvaylı futbolçu əvvəllər İtaliyanın "Cesena", "Pavia" və İspaniyanın "Alaveş" klublarında oynayıb.
Fanat.az