Bakı "İnter"i holland forvard istəyir

Bakı "İnter"i holland forvard istəyir
Bakı "İnter"i Hollandiyadan daha bir futbolçu transfer etmək istəyir. Fanat.az yerli mətbuata istinadən хəbər verir ki, "bankirlər" Kevin van Vinə elçi düşüb.
Onunla "İnter"lə yanaşı, İngiltərənin "Skuntorpe" və "Millvall" klubları da maraqlanır. Kevinin hansı kluba keçəcəyi bəlli deyil.
Qeyd edək ki, Kevin van Vin Hollandiyanın 1-ci liqasında çıхış edən "Oss"un formasını geyinir. O, cari mövsümdə 20 çempionat oyununa çıхıb və 16 qol vurub. O, bu göstərici ilə bombardirlər yarışında ikinci pilləni tutur və lider Cas Petersdən (Emmen) 1 top geri qalır. 23 yaşlı forvard əvvəllər Hollandiyanın "Helmond", "Dijkse Boys" və "JVC Cuijk" klublarında çıхış edib.
"İnter" bundan əvvəl Hollandiyanın "Zvolle" klubundan Yusef Feniçi və "Feyenoord"dan Ruben Şakeni transfer edib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər