Bakı "İnter"i CAS-a şikayət etdi - UEFA-dan

Bakı "İnter"i CAS-a şikayət etdi - UEFA-dan

Məlum olduğu kimi, martın 30-da UEFA CFCB-nin İstintaq Palatasının qəbul etdiyi 10 dekabr 2015-ci il tarixli AC-05-2015 nömrəli qərarını qüvvədə saxlayaraq, “İnter”i növbəti üç avrokubok mövsümündən (2016/2017, 2017/2018, 2018/2019) birində (ölkədaxili futbol mövsümünün yekun nəticələrinə görə avrokubok oyunlarına vəsiqə qazanacağı halda) iştirak hüququndan məhrum etmişdi.  

Fanat.az xəbər verir ki, bu qərara əsasən “İnter”ə apellyasiya üçün 10 gün ərzində İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət etmək hüququ verilmişdi. Klub bu hüquqdan istifadə etmək qərarına gəlib və zəruri hüquqi prosesə başlayıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər