Bakı "İnter"i Avropanın 10-cu komandası oldu

Bakı "İnter"i Avropanın 10-cu komandası oldu
"İnter" Avropanın 10 komandasından biridi. Fanat.az-ın hesablamalarına görə, bank klubu qitə klubları arasında ən çoх heç-heçə edən komandalardan birinə çevirilib.
"Bankirlər" Premyer Liqanın XXVII turunda "Qarabağ"la heç-heçə edib. Bu "İnter"in cari mövsümdə keçirdiyi 24 çempionat oyununda 11-ci heç-heçəsi olub.
Beləliklə, "İnter" çempionat oyunlarının 45.83 faizində heç-heçəyə razılaşıb. Bu çempionatı payız-yaz sistemi ilə keçirilən Avropa ölkələrinin klubları arasında 10-cu göstəricidi.
Siyahıya Portuqaliyanın "Akademika" klubu başçılıq edir. Komanda 26 oyundan 14-də heç-heçəyə razılaşıb - 53.84 faiz. İtaliya "Empoli"si 53.57, Danimarkanın "Sonderiske" klubu 50.00 faiz oyunlarını "sülh"lə bitirib.

№

Klub (ölkə)

Oyun

Heç-heçə

Faiz

1

Akademika (Portuqaliya)

26

14

53.84

2

Empoli (İtaliya)

28

15

53.57

3

Sonderiske (Danimarka)

22

11

50.00

4

Çernomorets (Ukrayna)

16

8

50.00

5

Trepka 89 (Kosova)

20

10

50.00

6

Kuban (Rusiya)

20

10

50.00

7

Konkordia (Rumıniya)

23

11

47.82

8

Sanderlend (İngiltərə)

30

14

46.66

9

Maynts (Almaniya)

26

12

46.15

10

İnter (Azərbaycan)

24

11

45.83

Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər