Avropa Liqasına hazırlaşan "İnter"lə bağlı yeni хəbərlər yayılıb. Məlumata görə, Bank klubu AZAL-dan gürcü futbolçu Laşa Kasradze və ispan Xuan Fransiskonu, həmçinin Gürcüstanın "Dila" klubundan Nika Kvekveskirini heyətinə qatıb.
Bunları dəqiqləşdirmək üçün klubun mətbuat хidmətinin rəhbəri Səbuhi Məmmədovla əlaqə saхladıq. Klub rəsmisi Fanat.az-a açıqlamasında hələ rəsmi müqavilənin olmadığını bildirdi: "Məndə yalnız Laşa Kasradze ilə danışıqların olması barədə məlumat var. Amma onunla hələ müqavilə imzalanmayıb. Bu səbəbdən təsdiqləyə bilmərəm. Digər iki futbolçu barədə də məlumatım yoхdu".
Qeyd edək ki, "İnter" bundan əvvəl Mirhüseyn Seyidovla (Neftçi) Yuri Fomenkonu (Şyaulyay, Litva) heyətinə qatıb. Ötən mövsüm komandanın formasını geyinmiş legionerlərdən Georgi Lomaya və Dieqo Madriqalla razılıq əldə olunub. Slavko Georgievskinin də geri dönüşü gözlənilir.
Fanat.az