Bakı Metropoliteni AFFA-ya cavab verdi

Bakı Metropoliteni AFFA-ya cavab verdi
Bakı Metropoliteni AFFA-nın müraciətini rəsmən cavablandırıb. Fanat.az xəbər verir ki, bu barədə Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəzakət Tarıverdiyeva məlumat verib.
 
Metropoliten rəsmisi müraciətin müsbət cavablandırıldığını bildirib: "Oktyabrın 16-na keçən gecə qatarlar son sərnişini daşıyanadək işləyəcəklər. Bu addım Azərbaycan və Rusiya yığmaları arasında keçiriləcək 2014-cü il dünya çempionatının seçmə qrup matçından çıxan azarkeşlərin metro ilə evlərinə rahat çata bilmələri üçün atılıb".
 
Qeyd edək ki, oktyabrın 15-də Bakının 8-ci km qəsəbəsindəki “Bakcell Arena”da keçiriləcək Azərbaycan - Rusiya matçı saat 22.00-da başlanacaq.
lent.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər