Bakı klubunun üzvü "Fənərbaxça"da

Bakı klubunun üzvü "Fənərbaxça"da

"Azərreyl" voleybol klubu aparıcı üzvlərindən birini itirib. Fanat.az xəbər verir ki, Nutsara Tomkom Bakı klubundan ayrılıb.

31 yaşlı tailandlı voleybolçu karyerasını Türkiyədə davam etdirəcək. Belə ki, Nutsara "Fənərbaxça"ya keçib. O, yeni klubu ilə bir illik müqavilə imzalayacaq.

Qeyd edək ki, Nutsara Tomkom ilk dəfə 2010-cu ildə Azərbaycana gəlib. 2010-2012-ci illərdə "Azərreyl"də, 2012-2013-cü illərdə "İqtisadçı"da, 2013-2015-ci illərdə "Rabitə"də çıxış edən tailandlı voleybolçu 2015-ci ildə yenidən "Azərreyl"ə dönmüşdü. O, 3 dəfə Azərbaycan çempionu, 2 dəfə gümüş mükafatçı olub, 4 dəfə Super Liqanın ən yaxşı toppaylayıcısı seçilib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər