Futzal üzrə Serbiya və Rusiya yığmaları iki yoldaşlıq oyunu keçirib. Fanat.az xəbər verir ki, hər iki oyunda ruslar qələbə qazanıb.
İlk oyunda 3:2 hesablı qələbəyə sevinən şimal qonşumuh bir gün sonra 1:0-a sevinib. Azərbaycanın “Fənər” klubunun serbiyalı oyunçuları - Slobodan Rayçeviç və Vladimir Laziç matçların iştirakçısı olub. Rayçeviç hər iki oyunda start heyətində yer alıb, Vladimir Laziç isə sonradan meydana çıxıb.
Fanat.az