Bakı klubunun ofisinə getdi, müqavilə bağlaya bilmədi- SƏBƏB

Bakı klubunun ofisinə getdi, müqavilə bağlaya bilmədi- SƏBƏB

2013-cü ildən AZAL-da oynayan, elitadan düşüb "Şüvəlan"a çevriləndən sonra "təyyarəçilər"in sıralarını tərk edən Emin Cəfərquliyev dünən səhər saatlarında "Səbail"in ofisində olub. Futbolçuya yaxın mənbədən Fanat.Az-a verilən məlumata görə bu ayın 17-də 27 yaşını qeyd edəcək futbolçu məsuliyyətsizliyi üzündən münasibətləri rəsmiləşdirə bilməyib.

Belə ki, müdafiəçinin şəxsiyyət vəsiqəsinin müddəti bitib və o, etibarsız sənədlə rəsmi sözləşməyə qol çəkə bilməyib. Masallı qeydiyyatında olan Emin - "Səbail" izdivacı qeyri-müəyyən müddətə təxirə düşüb.

Qeyd edək ki, Cəfərquliyev birillik müqaviləyə qol çəkməyə hazırlaşır.

Fanat.Az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər