Bakı klubunun Müşahidə Şurasına əcnəbi sədr gətirildi

Bakı klubunun Müşahidə Şurasına əcnəbi sədr gətirildi

"İnter”in Müşahidə Şurasının tərkibində dəyişiklik baş verib. Fanat.Az xəbər verir ki, klubun nizamnaməsinə uyğun olaraq "İnter"in Müşahidə Şurasına iki üzv seçilib.

Bunlar "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyəti Akif Əhmədiya oğlu Əliyev və Yohann Enqbrextindi.

Bundan əlavə, həmin qərarla Yohann Enqbrext "İnter” PİK-in Müşahidə Şurasının sədri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Rəşad Qasımov prezident postunda qalacaq. Bunu saytımıza açıqlamasında klubun mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov deyib.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər