Qadın voleybolçular arasında Çempionlar Liqasında yeganə təmsilçimiz "Azəryol"un birinci pley-off oyunlarının tarixi bəlli olub. Fanat.az xəbər verir ki, komandamız bu mərhələdə ilk görüşünü evdə keçirəcək.
Rəqib isə İtaliyanın güclü klublarından biri "Yamamay" olacaq. Aleksandr Çervyakovun yetirmələri doğma azarkeşlər önündə meydana fevralın 11-də çıxacaq. Saat 18.00-da başlayacaq oyun Voleybol Mərkəzində keçiriləcək.
Tərəflərin cavab qarşılaşması isə fevralın 18-də İtaliyada təşkil olunacaq.
Qeyd edək ki, "Azəryol" keçən il qrup mərhələsində "Yamamay"la mübarizə aparmışdı. Bakıda 3:2 qalib gələn komandamız səfərdə quru hesabla uduzmuşdu.
Fanat.az