Bakı klubunun futbolçusu İran vətəndaşını qarət edib, həbs olundu

Bakı klubunun futbolçusu İran vətəndaşını qarət edib, həbs olundu

Bakıda İran vətəndaşı döyülərək qarət olunub.

Fanat.Az "Region TV"yə istinadən xəbər verir ki, Binəqədi rayonunun Fatmayi qəsəbəsində 3 şəxs İran vətəndaşı Murtəza Azərə və Bakı şəhər sakini Sədi Məmiyevə zor tətbiq edərək 750 manat pul alıblar.

Binəqədi RPİ 4-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Miqdar Məmmədov, Abşeron rayon sakinləri Orxan Atayev və Məhərrəm Məhərrəmov saxlanılıblar. İdarəyə gətirilən Məhərrəm, onun qayını Miqdar və tanışı Orxan törətdikləri əməli etiraf ediblər.

Qeyd edək ki, Miqdar Məmmədov Bakının "İnter" klubunun futbolçusudu, AFFA-nın rəsmi saytında onun ötən mövsüm U-15 liqasında çıxış etdiyi yazılıb. Amma şəkildən də göründüyü kimi, Miqdar 15 yaşı olana bənzəmir.

Fanat.Az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər