Bakının "Azəryol" voleybol klubunun baş məqşçisi Ziya Rəcəbov komandadan çıxarılıb. Gənc çalışdırıcı "CBC Sport"da yayımlanan "Qızıl Set" proqramında səsləndirdiyi fikirlərə görə işdən azad edilib.
Səbəb kimi isə Rəcəbovun müsahibə zamanı klubun son vaxtlar qarşılaşdığı problem haqqında fikirlər səsləndirməsi göstərilib.
Qeyd edək ki, Ziya Rəcəbov "Azəryol"un baş məşqçisi təyin olunandan komanda daha yaxşı oyun nümayiş etdrib. Gənc mütəxəssisin qısa müddətli rəhbərliyi ilə "Azəryol" CEV Kubokun ən yaxşı dörd komandası sırasına düşə bilib.(Rekord.az)
Fanat.Az